AZ

İmamoğlu prezidentliyə namizədliyini elan etdi - Siyasi lobbilərdə xaos

Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünü Yenikapıda vətəndaşlarla birlikdə qeyd edən Türkiyə Bələdiyyələr Birliyinin (TBB) və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu əksəriyyəti gənclərdən ibarət olan iştirakçılarla görüşüb.

Publika.az xəbər verir ki, İmamoğlu tədbir zamanı bir çox iddialara səbəb olan diqqətçəkən açıqlamalar verib.

O, çıxışında "Artıq onların dövrü bitdi. Kifayət qədər ziyan vurdular. Millətin övladlarının hüquqlarını bərpa edəcəyik. Respublika Gününü coşğu ilə qeyd edirik. Çünki hamımız bu vəzifəyə hazırıq" deyib.

Onun açıqlaması siyasi lobbilərdə xaos yaradıb. Jurnalist İsmail Saymaz "Əkrəm İmamoğlu əslində bu gün 29 oktyabr çıxışı ilə prezidentliyə namizədliyini açıqladı" şərhini verib.

Seçilən
8
2
publika.az

3Mənbələr