AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XI turunda yaşanan qayda pozuntuları müzakirə olunub.
Komitə 4 klubu cərimələyib.
“Turan Tovuz” – “Kəpəz” oyununda komandaların futbolçuları 5, “Səbail” – “Sumqayıt” matçında isə 4 sarı vərəqə alıblar. Bu üzdən adıçəkilən klubların hər biri 700 manatlıq cəriməyə məruz qalıb.
“Turan Tovuz”la "qərb derbisi" bitdikdən sonra hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alan “Kəpəz”in üzvü Dioqo Verdaska 1 oyunluq diskvalifikasiya olunub. Gəncəlilər buna görə daha 500 manat xərcə düşəcək.