AZ

Piyada keçidində üstünlük kimdədir?

Gün ərzində yollarda bir çox problemlə qarşılaşırıq. 

Lakin bu problemlərin bir çoxu qaydaları bilməməkdən qaynaqlanır. İstər sürücülərin, istərsə də piyadaların "Yol hərəkəti haqqında" Qanunu dəqiq bilməməsi çaşqınlığa gətirib çıxarır. Bunun bir çox nümunəsi var. Amma ən çox sürücü-piyada arasında konflikt məhz piyada keçidlərində yaşanır. 

Çünki işıqfor olmayan "zebra" xəttində üstünlüyün kimdə olması hər zaman yolda müzakirə predmeti yaradır. Əksər vaxtlarda həm sürücülər, həm də piyadalar bir-birini gözləmədən yolu keçməyə çalışırlar. Bu isə qəza vəziyyətlərinə səbəb olur. Bəzi hallarda isə həm piyada, həm də sürücü gözlədiyi üçün çaşqınlıq yaranır. 

Bəs əslində necə olmalıdır? Piyada keçidində üstünlük kimdədir? 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov mövzu ilə əlaqədar olaraq Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, çaşqınlığa səbən yoxdur:

361196

"Əslində piyada keçidinə görə çaşqınlığa səbəb olmalıdır. Çünki "Yol hərəkəti haqqında" Qanunda açıq şəkildə yazılıb ki, sürücülər piyadalara yol verməlidirlər. 

Yəni piyadalar müəyyən üstünlüklərə sahibdirlər. Piyada keçidi olan yerlərdə isə birmənalı olaraq üstünlük piyadalara aiddir. Hətta "zebra" xətti olmasa belə, nişan varsa, üstünlük piyadalarındır".

Pərviz

Seçilən
10
hit.az

1Mənbələr