AZ

Fransa Martinikində komendant saatını yenidən uzatdı

Fransa Martinikidə etirazları yatırmaq məqsədilə komendant saatını yenidən bir həftə uzadıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa hökumətinin adadakı nümayəndəsi paytaxt Fort-de-France və ətrafında saat 00.00-05.00 arasında tətbiq edilən komendant saatını uzaddığını açıqlayıb.

Qərara əsasən, komendant saatı oktyabrın 28-dən noyabrın 4-dək uzadılıb.

Qeyd edək ki, Fransa hökuməti materikdən təqribən 6800 kilometr aralıda yerləşən Martinikidə başlayan və qonşu Qvadelupa koloniyasına yayılan bahalaşma və sərvətlərin talanması əleyhinə etirazları zorla yatırmağa çalışır.

17 oktyabrda Martinikdə yerli xalqı təmsil edən həmkarlar ittifaqları ilə Fransa rəhbərliyi arasında adada ərzaq qiymətlərinin aşağı salınması üçün imzalanan razılaşmanı kafi görmədikləri üçün təhlükəsizlik qüvvələri küçələrə çıxan fəallara müdaxiləni davam etdirir.

Fransa Milli Assambleyası oktyabrın 26-da sazişlə müəyyən edilən ərzaq məhsulları üçün vergidən azad edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
 
Cəmalə
Seçilən
31
azxeber.com

1Mənbələr