AZ

Baydendən Rusiyaya göndərilən Şimali Koreya əsgərləri ilə bağlı açıqlama

ABŞ prezidenti Co Bayden Rusiyaya göndərilən Şimali Koreya əsgərləri ilə bağlı açıqlama verib. O, bildirib ki, əgər əsgərlər Ukrayna sərhədini keçiblərsə, "onları güllələmək lazımdır".

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden çərşənbə axşamı bildirib ki, Şimali Koreya əsgərləri Ukrayna sərhədini keçərsə, Ukrayna ordusu Şimali Koreya əsgərlərini vurmalıdır.

Rusiyanın Ukrayna ilə sərhədində toplaşan Şimali Koreya əsgərləri ilə bağlı sualları cavablandıran Bayden, "Narahatam. Əgər sərhədi keçsələr, ukraynalılar onları güllələməlidir" deyib.

Bayden Şimali Koreyanın Rusiyaya dəstəyini “son dərəcə təhlükəli” kimi şərh edib. Şimali Koreya ilk aylarından Rusiyaya sursat göndərirdi. Bu yaxınlarda Sakit okean ölkəsi də Rusiyaya 4000 işçi və 10 min əsgər göndərib.

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya ilə müdafiə müqavilələrinin dördüncü maddəsinə işarə edərək, “Bir-birimizə necə kömək etməyimiz bizim işimizdir” deyib.

Rusiya ilə Şimali Koreya arasında bağlanmış müqavilənin dördüncü maddəsinə əsasən, iki ölkə “birdən çox ölkənin qüvvələri ilə toqquşduğu bir vəziyyətdə bir-birinə bütün hərbi, maddi və maddi-texniki yardımı göstərəcəklərini” vəd edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr