"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "şəhərlilər"in zədəli yarımmüdafiəçisi Kevin De Bröynenin sıraya nə vaxt dönəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Onun nə vaxt qayıdacağını özüm də bilmək istəyərdim, amma bilmirəm. Kevin məşqlərdə özünü pis hiss etmir, ancaq hələ topa zərbə endirəndə ağrıları olur. Hazırda De Bröyne özü deyil. İstedadını ortaya qoymaq üçün bərpa prosesini geridə qoymalı, özünə dönməlidir. Bütün zədəlilərimizin sağalmasını istəyirik. Ümid edirəm ki, bu, qarşıdakı beynəlxalq fasilədən sonra baş verəcək".
Nihat