Birləşmiş Ştatlar Pxenyanın Ukrayna ilə münaqişədə iştirak etmək üçün Rusiyaya göndərildiyi iddia edilən Şimali Koreya əsgərlərinin geri qaytarılmasını təmin etmək üçün Çinin Şimali Koreyaya təsir imkanlarından istifadə etməyə çalışır. Bu barədə CNN mənbələrə istinadən yazır.
Anonim ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Pxenyanla münasibətləri saxlayan Çini müdaxilə etməyə və qoşunlarını geri qaytarmaq üçün Şimali Koreyaya təzyiq göstərməyə çağırıb.
Həmçinin qeyd olunur ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan “KXDR-in Rusiyaya qoşun göndərməsi və bunun nəticələri ilə bağlı” digər ölkələrin də Pekinlə əlaqə saxlamasını təmin etmək üçün barədə göstəriş verib”, - mənbə əlavə edib.
Oxuməni.az