AZ

Ərdoğandan Meral Akşenerə ƏFV

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının keçmiş sədri Meral Akşenerə qarşı iddia və şikayətləri geri götürüb.

Lent.az-ın xəbərinə görə, Ərdoğanın vəkili Hüseyn Aydın Ərdoğanın İYİ Partiyasının keçmiş sədri Meral Akşenerə qarşı iddia və şikayətlərdən imtina etdiyini açıqlayıb.

Sosial media hesabından açıqlama verən Aydın bildirib: “Hörmətli prezidentimiz Meral Akşenerlə bağlı iddia və şikayətlərdən imtina edib. Bu çərçivədə prezidentin təhqir edilməsi ilə bağlı açılan 3 istintaq işindəki şikayətlərdən imtina edilib, 4 mülki iddia tələbi ilə bağlı iddialar qaldırılıb. mənəvi ziyandan imtina edilib”.

Seçilən
40
medianews.az

1Mənbələr