AZ

Paşinyandan ikili oyun: müharibə, yoxsa sülh?

Xəbər verildiyi kimi, oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Dünən daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Kadrlardan açıq görünür ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.

Görəsən, Ermənistanla sülhə bu qədər yaxın olduğumuz zamanda bu addımlar kimin maraqlarına xidmət edir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, burada birbaşa məsuliyyəti Paşinyan daşıyır:

“Ermənistanın Azərbaycanla sərhədə Fransa kəşfiyyatçılarını və ya “müşahidəçi” adı altında Avropa İttifaqı (Aİ), həmçinin Kanada rəsmilərini gətirməsi Paşinyana qarşı yeni cəbhənin açılması anlamına gəlməməlidir. Daha əvvəl də Aİ-nin missiyası bölgədə gərginlik yaradacaq addımlar atırdı. Sözügedən təşkilatın “müşahidəç”ilərinin sərhəddə gəlib binoklla əsgərlərimizi izləməsi fonunda Ermənistanın dürüst davrandığını demək olmaz. Rəsmi İrəvan sərhədlərimizə Fransa kəşfiyyatını göndərib fon yaratmaq istəyir ki, guya daxilda bölünmələr, anlaşılmazlıqlar var və Paşinyanın bundan xəbəri yoxdur. Həm Paris rəsmilərinin, həm də digər qrupların sərhədlərə gəlməsi, birbaşa Ermənistan hakimiyyətinin icazəsi ilə baş tutur. Bu da bölgədə əlavə gərginlik yaradır”.

Məlik Məlikov,
KONKRET.az

Seçilən
25
konkret.az

1Mənbələr