AZ

Güneyli məhbus gəncin həyatı təhlükədədir

Dünən milli fəal Yusif Kari təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Ərdəbilin polis bölməsinə aparılıb və döyülüb.

"Cebheinfo.az" xarici mətbuata istinadla xəbər verir ki, işgəncələrlə üzləşdikdən sonra gənc fəal Ərdəbil Prokurorluğuna təhvil verilib və prokuror müavini Hüseyn Salari ona qarşı ittiham irəli sürdükdən sonra ondan əfv diləməsini istəyib. 

Yusif Kari isə belə cavab verib:

“Mən heç bir qanunsuz və ya səhv hərəkət etmədim. İnsanları gecələr çörəyə möhtac edənlər, hər cür halal işin qarşısını alanlar əfv dilənməlidirlər. Təhlükəsizlik qüvvələri məni döyüblər, burada təqsirkar mən deyiləm”.

Qeyd olunur ki, sırf meyvə satdığına görə saxlanılan Yusif Kari prokuror müavininin göstərişi ilə bir neçə saat soyuq havada Ərdəbil Prokurorluğunun binasının hasarına bağlı şəkildə tutulub. Gənc fəal buna etiraz etdikdə isə gözyaşardıcı qaz, yumruq və təpiklə qarşılaşıb. 

Yusif Kari aldığı xəsarətlərlə bağı müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb, daha sonra 100 milyon tümən (təxminən 2 min 384 dollar) girov müqabilində Ərdəbilin mərkəzi zindanına köçürülüb.

"Cebheinfo.az"

Seçilən
31
cebheinfo.az

1Mənbələr