Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının keçmiş sədri Meral Akşenerə qarşı iddia və şikayətlərini geri götürüb.
Publika.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında açıqlama verib.
"Prezidentimiz Meral Akşenerlə bağlı iddia və şikayətlərdən imtina edib. Bu çərçivədə “Prezidenti təhqir etmə” cinayəti ilə qaldırılan 3 istintaq faylında şikayətə xitam verilib, mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı 4 mülki iddiadan imtina edilib”, - deyə vəkil açıqlamasında bildirib.
Qeyd edək ki, Akşener 31 mart prezident seçkilərindən sonra İYİ Partiya sədrliyindən ayrılaraq Beştəpədə prezident Ərdoğanla görüşüb. Həmin dövrdə Akşenerin Ərdoğanla birlikdə hərəkət etməsi ilə bağlı iddialar gündəm olub.