AZ

Ermənistan COP29-da hansı səviyyədə təmsil olunacaq? –Analiz

“Ermənistanın COP29 sammitində iştirak edəcəyi ilə əlaqədar hökumət kabinetində müzakirələr apardığı qənaəti güclənir. Ancaq Ermənistan ictimai rəyi Bakıya səfər proqramına hazırlamaq üçün aparılan müxtəlif müzakirələri iddia səviyyəsində media oqanlarına ötürür”

Bunu “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib. 

O bildirib ki, erməni ictimai rəyindəki nəbz yoxlanışını biz “Ermənistanın xarici işlər naziri Aratat Mirzoyanın Azərbaycana gələcəyi” ilə əlaqədar erməni mediasının iddiasında axtara bilərik:

"Təkcə erməni ictimai mövqeyi deyil, həm də Ermənistanın himayədarlarının təlimatı İrəvanın COP29 tədbirindəki iştirak edib-etməmək amilini müəyyənləşdirir. Fikrimcə, Fransa maksimum şəkildə baş nazir Nikol Paşiyanın COP29 iqlim sammitində iştirakına əngəl yaratmaq niyyətindədir. Çünki Fransa “Paşinyan Bakıya gedərsə, bu, avtomatik olaraq COP29 çərçivəsində güclənən sülh tendensiyalarını qəbul etməkdir” fikrindədir ki, bu da Parisin regional ambisiyaları ilə uyğun deyil”.

Ekspert qeyd edib ki, Paşinyan təkcə daxili ictimai narahatlıqlardan deyil, həm də xarici faktorlardan çəkinərək COP29-da iştiraka tərəddüd edir:
“Bunlara baxmayaraq Ermənistanın baş nazir səviyyəsində və ya xarici işlər naziri səviyyəsində olmasa belə, nisbətən aşağı ranqlı müstəvidə COP29-da iştirakı mümkündür. Ancaq xarici işlər naziri Ararat Mirzoyanın bundan əvvəl Türkiyəyə səfərini nəzərə alsaq, onun tamamlayıcı bir xətt kimi Azərbaycana da gələcəyini düşünə bilərik”. 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak etmək niyyətində olduğu iddia olunur. Bu barədə məlumatı rəsmi mənbələrə istinadən Ermənistanın “Hraparak” qəzeti yayıb. Qəzet yazıb ki, erməni nazir bu səfəri danışıqlar aparmaq üçün imkan hesab edir.
Seçilən
30
50
sherg.az

10Mənbələr