Azərbaycanda təxminən 300-ə yaxın ömürlük həbs cəzası çəkən var.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
Mənbə qeyd edir ki, 1998-2023-cü illər ərzində 297 nəfərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, 1998-ci ilin fevralında Azərbaycanda ölüm hökmü ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər ölüm hökmü verilən şəxslərin hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib.
2024-cü ildə də bir neçə iş üzrə məhkəmələrdə ömürlük həbs qərarı çıxarılıb. Məsələn, Milli Məclisin deputatı Fazil Musatafaya qarşı sui-qəsd edənə, 20 yaşlı həyat yoldaşı və 9 aylıq körpəsini öldürən şəxsə ömürlük həbs cəzası verilib.
Bizim.Media