AZ

Qərb Gürcüstana təzyiqlərini davam etdirir

Gürcüstanda keçirilən parlament seçkisi Qərbə demokratiya dərsi oldu. İlk dəfə təşkil olunan onlayn səsvermə yeniliklə yanaşı, şəffalığın da göstəricisi kimi təqdim olundu. Seçkiləri müşahidə edən yüzlərlə yerli və beynəlxalq müşahidəçi, media mənsubları, elcə də gizlin-aşkar əllərində telefon, kamera daşıyan müxalifət cəsusları belə qanun pozuntusu aşkar edə bilmədi. Buna baxmayaraq, Gürcüstanda maraqları təmin olunmayan Qərb dairələri seçkinin nıticələrini tanımaqdan imtina ediblər. Hətta ATƏT-in müşahidəçilərinin ciddi nöqsan aşkar edə bilməməsinə baxmayaraq Qərb dövlətləri açıq şəkildə Gürcüstana təzyiqini nümayiş etdirib. "Bəlkə də qaytardılar" prinsipini əldə rəhbər tutan Blinken və Borrel bir az daqabağa gedərək seçkilərdəki "pozuntuları araşdırmağa" çağırıblar. Ortaq maraqla çıxış edən Böyük Britaniya XİN-i də "seçkilərdəki mümkün pozuntuları araşdırmağı" təkid edib. Maraqlı məqam ondan ibarətdir ki, sözgedən təhdidlərin arxasında təzyiq elementləri gizlənir. Məslən, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller: "Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir". Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində "seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər" olduğunu iddia edir. Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Sadalanan faktlar deməyə əsas verir ki, Qərb koalisiyası məqsədinə nail olmadan ötrü Gürcüstan dövlətini bütün mümkün vasitələrlə sınağa çəkmək niyyətindədir. Həqiqət ondan ibarıtdir ki, heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və ABŞ-ın proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıb. Qərbin məqsədi Cənubi Qafqazda Ermənistanın ardınca Gürcüstanda da marionet hökumət formalaşdırmaq, ölkəni ekspansiya platformasına, Qərb-Rusiya qarşıdurması məkanına çevirməkdir. Amma bu plan baş tutmadı. Bundan əvvəl Moldovada seçkilərin nəticələri faktiki olaraq saxtalaşdırıldı, bunun arxasında ABŞ və Fransa dayanırdı. Gürcüstanda amma bu, alınmadı. Gürcü xalqı, azərbaycanlılar da daxil olmaqla buna imkan vermədi. 
Etiraf edilməlidir ki, Gürcüstanda hakim partiyanın qələbə çalmasında Azərbaycanın birmənalı dəstəyi də mühüm rol oynadı. Belə ki, 
Azərbaycan bir daha Qərbə nümayiş etdirdi ki, ölkəmizin iradəsi olmasan regionda heç bir layihə baş tutmayacaq. Gürcüstan hakimiyyət son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində ciddi addımlar atıb, qanunlar qəbul edib. Gələcəkdə ölkənin taleyini təhlükəyə atmamaq üçün, artıq Gürcüstanda Qərbin əlaltılarının şəbəkəsinin ifşa edilməsi vaxtı çatıb. Bununla Qərbin Gürcüstana müdaxiləsi, onun daxili işlərinə qarışmasının qarşısı alınmış olar. 
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr