“Sağlam qidalanma insultun profilaktikası üçün vacib məsələdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova deyib.
Onun sözlərinə görə, duzun, piyin, karbohidratların miqdarına fikir vermək lazımdır.
Mütəxəssisə görə, bolluca su içmək vacibdir ki, suyun qəbulunun az olması qanın qatılaşmasına səbəb olur.
"Gün ərzində qəbul olunan duzun miqdarı 1,5-2 qramdan az olması məsləhət görülür".
P.Allahyarova bildirib ki, heyvan mənşəli yağların da qəbulunu azaltmaq, onun yerinə bitki mənşəli yağlardan istifadə etmək lazımdır.
"Tərəvəzlər, qeyri-şirin meyvələr, bitki lifləri rasionumuzda çox olarsa, bu, sağlam qidalanma rasionu sayılır"
Mina Mikayılova