AZ

COP29 zamanı 60 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək - Vüqar Qurbanov

Bakı. Trend:

COP29 zamanı 60 təcili tibbi yardım briqadası fəaliyyətgöstərəcək.

Trend xəbər verir ki, bunu COP29 çərçivəsindətibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoruVüqar Qurbanov deyib.

"Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim,orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşlarınsiyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans(İVECO markalı) artıq təhkim olunub. Onu da qeyd edim ki, COP29tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirinkeçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardımbriqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkətedəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar dahazır vəziyyətə gətirilib.

Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcəkheyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrətəlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub.Bura daxildir həkimlər, orta tibb işçiləri və sürücülər. Dilbilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331nəfər iştirak edib", - deyə V.Qurbanov bildirib.

Seçilən
38
10
az.trend.az

10Mənbələr