AZ

Vüqar Qurbanov: “TƏBİB COP29 tədbiri günlərində üzərinə düşən öhdəlikləri lazımi səviyyədə təşkil edib”

“TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, öz növbəsində COP29 tədbiri günlərində zəruri tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün üzərinə düşən öhdəlikləri lazımi səviyyədə təşkil edib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov COP29 tədbirinə dair görülən işlər barədə brifinqdə deyib.

O qeyd edib ki, bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat şirkəti ilə də koordinasiyalı olaraq çalışıb.

“COP29 tədbiri ilə əlaqədar tibbi xidməti təşkil etmək üçün görülən işlərlə bağlı daha ətraflı məlumatları diqqətinizə çatdırmaq istəyirəm. ,COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub”,-deyə direktoe bildirib.

Seçilən
27
2
iqtisadiyyat.az

2Mənbələr