AZ

Şanlı Zəfərimizin ildönümü İstanbulda konsert proqramı ilə qeyd olunacaq

Şanlı

8 Noyabr - Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd ediləcək.

AZƏRTAC xəbər verir ki, tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunacaq.

Konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndiriləcək.

Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan gecə noyabrın 5-də İstanbulun ən mötəbər mədəniyyət saraylarından biri olan Atatürk Mədəniyyət Mərkəzinin teatr salonunda keçiriləcək.

Seçilən
12
3
xalqcebhesi.az

4Mənbələr