Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Gürcü Arzusu Partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.
Ərdoğan məktubda gürcü xalqının iradəsini ortaya qoyan seçkilərin dinc və təhlükəsiz şəraitdə keçdiyini bildirib:
“2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkilərində rəhbərliyiniz altında Gürcü Arzusu Partiyasının qələbəsini və birinci yeri tutmasını ürəkdən təbrik edirəm. Ümid edirəm ki, seçkilərin nəticələri Gürcüstan xalqına və regionumuza uğurlar gətirəcək”.