AZ

Metronun 3 stansiyasında tibb məntəqələri quraşdırılacaq

Bakıda keçiriləcək COP29 beynəxalq konfrasında metronun "Koroğlu", "28 May", "Elmlər Akademiyası"nda tibb məntəqələri quraşdırılacaq. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29-la bağlı təşkil edilən brifinqdə deyib. 
 
O bildirib ki, ümumilikdə prosesə 18 həkim və 18 orta tibb işçisi cəlb ediləcək. 
 
İcraçı direktor söyləyib ki, ehtiyat briqadasında isə 120 həkim, 120 orta tibbi işçisi olması nəzərdə tutulur.
 
 
Bakı danışıqlarında 100-dən çox dünya liderinin iştirakı gözlənilir. Oktyabrən ortalarına olan məlumata görə, 61 prezident, 38 baş nazir və 2 vəliəhd COP29-da iştirakını təsdiq edib. 

Gülnar 

www.anews.az
Seçilən
19
anews.az

1Mənbələr