AZXEBER.COM xəbər verir ki, bu sözləri TƏBİB sədri Vüqar Qurbanovun müavin Araz Nəsibov COP29 zamanı göstəriləcək tibbi xidmətlər haqqında məlumat verərkən deyib .
Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçilərinin cəlb edilməsi nəzərdə tutulur deyən Araz Nəsibov tibbi lüğətin hazırlanacağını da bildirib:
\"COP29 çərçivəsində tibbi heyət üçün Azərbaycan-İngilis dilində frazeoloji tibbi lüğətin hazırlanması planlaşdırılır. Bununla yanaşı ingilis dili kursuna cəlb olunanlar 331 nəfərin -119-u həkim, 116-sı orta tibb işçisi, 96 nəfərini isə sürücü təşkil edir. Təməl Həyat Dəstəyi (BLS) kursuna cəlb olunanlar isə 488 nəfərdir. Onlardan 248-i həkim, 144-ü orta tibb işçisi, 96-sı sürücüdür\".