İsrailə cavab zərbələri yaxın günlərdə endiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Məhəmməd Rza Nəqdi yayıb.
Onun sözlərinə görə, İsrail daha sarsıdıcı zərbələr görəcək: "Təşəbbüsümüz və ixtiramızla onları təəccübləndirəcəyik”.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 26-na keçən gecə İrandakı hərbi obyektlərə hücum edib. Hədəflər raket zavodları və hava hücumundan müdafiə sistemləri olub. İran tərəfi hücumun dəf edildiyini, lakin “məhdud ziyanla” nəticələndiyini bildirib.
İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Əli Seyid Xamenei deyib ki, İsrail İrana hücum etməklə səhv addım atıb.
Bizim.Media