“Turan Tovuz”un futbolçusu Denis Marandiçi yenidən Moldova millisinə çağırılıb.
Futbolinfo.az Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi qarşıdakı 2 oyununda yığmasının düşərgəsində olacaq.
Marandiçi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Andorra, 19-da isə yoldaşlıq oyununda Cəbəllütariqlə qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.