İsrail Baş Qərargah rəisi Herzi Halevi İranı hədələyib. Qərargah rəisi bəyan edib ki, Tehran Təl-Əvivin hücumuna cavab verərsə, İranda "vurmadıqları yerləri hədəfə alacaqlar".
Tehrana İsrailin hücumuna cavab verməməsi ilə bağlı xəbərdarlıq edən Halevi deyib ki, əks halda İranda vurmadıqları yerləri hədəfə alacaqlar.
Qeyd edək ki, İsrail İranın 1 oktyabr raket hücumlarına cavab olaraq, oktyabrın 26-da İrandakı hərbi obyektləri hədəf aldığını və hücumun uğurla başa çatdığını açıqlayıb.
TAHİR