"Turan Tovuz" klubunun moldovalı futbolçusu Denis Marandiçi ölkəsinin yığmasına dəvət alıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Moldova millisinin qarşıdakı 2 oyununda iştirak edə bilər.
Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.