Qərbin insanlığı təhrif edən layihəsi LGBT azğınlığını müdafiə edənlər mənim müsəlman kürd qardaşımın əzəli və əbədi düşmənidir. Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məcisində (TBMM) çıxışında deyib."Tam da bu nöqtədə hörmətli Baxçalı mərhum Ziya Gökalpdan etdiyi ifadəni təkrar xatırlatmaq istəyirəm. "Türklərlə kürdlərin bir-birini sevməsi hər iki tərəf üçün həm dini, həm də siyasi bir fərzdir. Kürdləri sevməyən bir Türk varsa Türk deyil, Türkləri sevməyən bir Kürd varsa Kürd deyil", - deyə Ərdoğan qeyd edib.Türkiyə prezidenti vurğulayıb ki, eynilə hörmətli Dövlət Baxçalı kimi, biz də həyatımız boyunca həmişə oxşar bir hissiyatı dilə gətirdik: "Coğrafiyamızda, Türk Kürdsüz, Kürd də Türksüz yaşaya bilməz. Varlıqlarını qorumağı bacarmazlar dedik. Bunu hər zaman qəlbimizlə söylədik. Ürəyimizlə söylədik. Könüldən söylədik. Səmimiyyətlə, ihlasla, məhəbbətlə, böyüklüklə söylədik".
Zərintac MayisqızıMissiya.Az