AZ

Denis Marandiç yenidən Moldova yığmasına çağırıldı

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiç Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində Andorra yığmasına qarşı oynaya bilər. Moldova yığması noyabrın 16-da Andorranının qonağı olacaq. Ayın 19-da isə bu komandanı Cəbəllüttariqlə yoxlama oyunu gözləyir.

Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 61 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.

Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Seçilən
21
arena.az

1Mənbələr