İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya Kubokunun 1-ci mərhələsinin iki oyununun təxirə salındığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurum güclü qasırğa səbəbindən bu addımı atmağa məcbur olduğunu və sabahkı qarşılaşmalardan da bəzilərini oxşar aqibət gözlədiyini bəyan edib.
Bu gün baş tutmalı olan "Valensiya" - "Parla Eskuela" və "Levante" - "Pontevedra" matçları ertələnib.