AZ

İsrail “Hizbullah”ın xüsusi təyinatlı dəstəsinin rəis müavinini məhv etdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri Livan Hizbullah hərəkatının Radvan xüsusi bölməsinin komandir müavini Mustafa Əhməd Şahadini məhv edib.

Demokrat.az
xəbər verir ki,  barədə IDF Telegram kanalında məlumat verilib.

ID-nin məlumatına görə, Şahadi İsrailə qarşı çoxsaylı terror aktları həyata keçirib. Onun aradan qaldırılması, İsrail ordusunun dediyinə görə, ölkənin şimal sərhədində Radvanı zəiflətmək səylərinin bir hissəsidir.

"Şahadi  2012-2017-ci illər arasında Suriyada gedən döyüşlər zamanı Radvan qüvvələrinin əməliyyatlarına cavabdeh olub. Həmçinin Livanın cənubundakı terror hücumlarına nəzarət edib ", - deyə məlumatda deyilir.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
37
demokrat.az

1Mənbələr