AZ

İsveçrənin ən böyük bankı üçüncü rübdə gözləniləndən iki dəfə çox mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrənin ən böyük bankı “UBS” üçüncü rübdə gözləniləndən iki dəfə çox mənfəət əldə edib.

Banco.az xəbər verir ki, “UBS Group AG” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlayıb.

Buna görə, bank iyul-sentyabr dövründə 1,43 milyard dollar mənfəət əldə edib. Sözügedən mənfəətin analitiklərin 740 milyon dollarlıq orta hesablamasından xeyli yüksək olması diqqət çəkib. Proqnozları üstələyən mənfəət investisiya bankçılığındakı yüksək əməliyyat həcmlərinin nəticəsidir.

Xatırladaq ki, şirkət “Credit Suisse”i təcili olaraq aldıqdan sonra yüksək inteqrasiya xərclərinə görə ötən ilin üçüncü rübündə 715 milyon dollar itki verdiyini açıqlamışdı.

Bankın əməliyyat gəlirləri isə illik 5,5 faiz artaraq 12,3 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
98
banco.az

1Mənbələr