AZ

İsrailin planı İran və Türkiyəni parçalamaqdır - Müfit Yüksel

Qəzzadan sonra gözünü Livan, İraq və Suriyaya dikən, İran və Türkiyəni parçalamaq niyyətini güdən İsrail  Yaxın Şərqdə yeni bir təhlükəli addım atmağa hazırlaşır. Bu məqsədlə də kürdlərə və druzlara İsrail vətəndaşlığı verməyə hazırlaşır.

Ölkə.Az "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, İsrail kürdlərə və druzlara ölkə vətəndaşlığı verməklə onlardan yeni oyununda istifadə etməyə hazırlaşır.

Nəşrin yazdığına görə, İsrail ilk olaraq 35-40 min kürd və druza İsrail vətəndaşlığı verəcək.

Məsələ ilə bağlı mövqeyini açıqlayan kürd tədqiqatçısı Müfit Yüksel bildirib ki, İsrailin Türkiyə, İran, Suriya və İraqa yönəlmiş planı bölgəni Yuqoslaviyadan da daha pis vəziyətə salmaqdır.

"Onların bütün planları bölgədə sabitliyi illərlə bərpa oluna bilməyən xaosun hökm sürdüyü bir coğrafiya yaratmaqdır. İsrailin bu oyunda məqsədi kürdlərdən öz əsgərləri kimi istifadə etməklə İrana, Türkiyəyə və ərəb ölkələrinə qarşı döyüşdürməkdir. 

İsrail öz çirkin planını gizlədərək, “Biz o dövləti sizə İraqda verdik və Suriyada son mərhələyə gətirdik. Növbə Türkiyə ilə İranı bölmək vaxtıdır” deyərək kürdlərdən istifadə etmək istəyir. Kürdlərin müəyyən hissəsində etnik şizofreniya yaradıblar. Təl-Əvivin regional dizaynına görə izah etmədiyi başqa bir məsələ də bu oxda milyonlarla insanın öldürülməsidir. Yaşadığımız coğrafiyanı qan gölünə çevirmək. "Böyük Kürdüstan" və s. səslənən fikirlər sadəcə məqsədə nail olmaq üçün aldatma vasitələridir", - Müfit yüksel qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
37
1
olke.az

2Mənbələr