“Hizbullah”ın yeni baş katibi Naim Qasım bu vəzifəyə seçildikdən sonra ilk çıxışında tərəfdarlarına İsrail üzərində qələbə vəd edib.
TASS xəbər verir ki, o, həmçinin təşkilatın öldürülmüş lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyini də vəd edib.
Hərəkatın rəhbəri qeyd edib ki, “Hizbullah” Qəzza zolağında Fələstin müqavimətinə dəstəyi dayandırmayacaq.
Xatırladaq ki, İsrail sentyabrın 23-də "Hizbullah" təşkilatının birləşmələrinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb və onun hərbi obyektlərinə kütləvi zərbələr endirib. Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb.