AZ

Avropa İttifaqı Gürcüstanla danışıqlara başlamayacaq

Avropa İttifaqı (Aİ) Tifisin siyasi kursunun dəyişdirilməsini tələb edərək, Gürcüstanla Aİ-yə qəbulla bağlı danışıqlara başlamaq tövsiyəsini verməkdən imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bəyanat Avropa Komissiyasının hesabatında yer alıb.

“Əgər Gürcüstan öz kursunu dəyişməsə, bu onun Aİ-yə gedən yolunu pozarsa və əsas islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün görünən səylər nümayiş etdirməzsə, Avropa Komissiyası danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, - sənəddə deyilir.

Seçilən
53
operativmm.az

1Mənbələr