AZ

İsrail ordusu Hizbullahın Radvan qüvvələrinin komandir müavinini öldürdüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şiə Hizbullah hərəkatı - Radvan-ın elit bölmələrinin komandir müavini Mustafa Əhməd Şahadini məhv edib.

Bu barədə İsrail ordusu məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri İsrail ordusunun kəşfiyyatının təşkil etdiyi zərbədə Nəbatiyyə bölgəsində Hizbullahın Radvan qüvvələrinin komandir müavini Mustafa Əhməd Şahadini öldürüb”, - İDF-nin Teleqram kanalı bildirib.

Xəbərdə Şahadinin İsrailə qarşı çoxlu hücumlar təşkil etdiyi də vurğulanıb. Qeyd olunur ki, o, 2012-2017-ci illərdə Suriyadakı elit bölmənin əməliyyatlarına da cavabdeh olub.

Seçilən
39
aznews.az

1Mənbələr