"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsindəki növbəti oyununu Norveçdə "Budyo-Qlimt"ə qarşı keçirəcək.
Fanat.Az xəbər verir ki, səfər matçını "CBC Sport" yox, "İctimai TV" yayımlayacaq.
Məlumatı sözügedən kanal sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın Liqa mərhələsinin 4-cü turundakı qarşılaşması noyabrın 7-si saat 21:45-də başlayacaq.
Ümumiyyətlə, "İctimai TV" Ağdam təmsilçisinin qalan 3 səfər matçından ikisini ekranlara daşıyacaq. "Budyo-Qlimt"dən başqa, "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubuna qarşı mərhələnin son matçının da yayım hüququ bu kanala məxsusdur.