Rusiyanən Vologda bölgəsinin ardıncaSankt-Peterburqda da alkoqol satışının saatlarını məhdudlaşdırmaq barədə düşünürlər.
SİA xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı Qanunvericilik Assambleyasının Sosial Siyasət və Səhiyyə Komissiyasının sədri Aleksandr Rjanenkovun bəyanatına istinadən yazıb.Onun sözlərinə görə, deputatlar mağazalarda sakinlərə və turistlərə spirtli içkilərin satışının nə vaxt qadağan edilməsinin daha yaxşı olduğunu düşünürlər.
Alkoqollu içkilərin satışının qadağan olunduğu zonaların - məktəblərin, uşaq bağçalarının və digər sosial müəssisələrin yaxınlığında genişləndirilməsi imkanları da müzakirə olunur.
Deputatlar qadağalara tələsməyəcəklərini və əvvəlcə ekspertlərin və Sankt-Peterburq sakinlərinin fikirlərini dinləyəcəklərini əmin ediblər.
Məsələnin gələn ilin əvvəlində həll olunacağı gözlənilir. Əvvəllər Vologda vilayətində gündə iki saat istisna olmaqla - 12-dən 14-ə qədər spirtli içkilərin satışı qadağan edildi. Regionun qubernatoru Georgi Filimonov məhdudiyyəti regionda alkoqolizm hallarının artması ilə izah edib.
Əli Babayev