AZ

Qurudulmuş xurma - Gözümüzü qoruyurmuş

Vitaminlər, minerallar və antioksidantlarla zəngin xurmanın faydaları çoxdur. Məsələn, onda olan C vitamini immunitet sistemini dəstəkləməyə və ürək xəstəliklərindən qorumağa kömək edir.

News24.az Lent.az-a istinadən xəbər verir ki, qurudulmuş cənnət xurmasının da faydaları təzə olanlarla eynidir. Təzə və ya qurudulmuş olmasından asılı olmayaraq, xurma qədərində istifadə edilməli bir meyvədir.

Xurmanın yüzlərlə çeşidi var və payız mövsümündə yığılır. Qış başlayana qədər piştaxtaları rəngləndirən xurma meyvəsi çiy və bərk olduqda sarı olur, yetişdikcə yumşalır və narıncı rəng alır. Xurmadakı karbohidrat həzmi yavaşladan və qan şəkərində sıçrayışların qarşısını alan, həll olunan pəhriz lifi yüksəkdir.

İmmunitet sistemini gücləndirir. C vitamini anbarı olan xurma ağ qan hüceyrələrinin istehsalını artıraraq immunitet sistemini dəstəkləyir. Gündəlik C vitamini ehtiyacını qarşılamaq üçün 1 xurma kifayətdir.

Göz sağlamlığını qoruyur. A vitamini göz sağlamlığı üçün vacib vitamindir. O, buynuz qişanı və gözün beyinlə əlaqəsini qoruyur. Xurmanın tərkibində bol miqdarda A vitamini var. Bir xurma gündəlik A vitamini ehtiyacının yarıdan çoxunu ödəyir. Bundan əlavə, xurma qabığı da göz xəstəliklərindən qorunmağa kömək etdiyi bilinən luteinlə zəngindir.

Həzm sisteminin dostudur. Xurmanın tərkibində B6 vitamini var. Qaz, şişkinlik və qəbizlik şikayətləriniz üçün faydalıdır. Xurmanın tərkibindəki lif bağırsaqların düzgün işləməsi üçün də xeyirlidir.

Ürək xəstəliklərinə qarşıdır. Antioksidantla zəngin xurma istehlakı xroniki xəstəliklər riskini azaltmağa kömək edir. Qandakı pis xolesterinin (LDL) səviyyəsini azaltmaqda təsirlidir.

Xurma damarlarınızı təmiz saxlamağa və ürək xəstəliyi riskini azaltmağa yardımcıdır. Damar sərtliyində (ateroskleroz) təsirlidir.

Xərçəngin qarşısının alınmasında xurma mühüm rol oynayır. O, ağciyər və bağırsaq xərçəngi riskini azaltmaqda təsirli ola bilir.

Xurma A və C vitaminlərinin, eləcə də qanın laxtalanmasına kömək edən manqanların yaxşı mənbəyidir. Onlar həmçinin xərçəng və insult da daxil olmaqla bir çox ciddi sağlamlıq riskini azaltmağa kömək edən digər antioksidanlara malikdirlər.

Xurmanın tərkibində diabet əleyhinə aktiv maddələr var. Bununla belə, şəkər xəstəliyindən qorunmaya yardım etsə də, tərkibində yüksək şəkər olduğuna görə xurma ölçülü qəbul edilməlidir.

Xurma yaşlanma ilə gələn qırışları və dəri ləkələrini gecikdirməyə yardımcı olur.

Hamiləlik dövründə xurmanın həm ana, həm körpəyə faydaları var. Tərkibindəki kalsium və fosfor kimi minerallar körpənin sümük inkişafına kömək edir. Tərkibindəki dəmir anada ola biləcək anemiya riskinə qarşı bir tədbir olur. Trabzon Cənnət xurması hamiləlik dövründə daha çox ehtiyac duyulan fol turşusuna malikdir.

Diabetin qarşısının alınması və ağırlaşma riskinin azaldılmasında xurmanın qabığında olan diabet əleyhinə və antioksidant xüsusiyyətlər daşıyan aktiv maddələr var. Həm diabetin başlanğıcı, həm də xəstəliyin uzunmüddətli fəsadlarına qarşı təsirlidir.

İltihabı azaltmağa kömək edə bilir. Xurma güclü antioksidant C vitamininin əla mənbəyidir. Vitamin C hüceyrələri sərbəst radikalların yaratdığı zərərdən qorumağa kömək edir və bədəndəki iltihabla mübarizə aparır.

Bədəndəki iltihabı azalda bildiyi üçün xurma oynaq sağlamlığına da müsbət təsir göstərir, ağrılara qarşı qoruma təmin edir.

Seçilən
128
6
news24.az

9Mənbələr