AZ

Rusiyadan Google-a rəqəmlərlə ifadə etmək çətin olan böyük cərimələr!

Bildirilib ki, “YouTube”da Rusiya qurumlarına və fiziki şəxslərə məxsus kanalların silinməsinə görə Rusiya məhkəmələri tərəfindən Google-da tətbiq edilən cərimələrin məbləği 20 decillyon dolları keçib. Mövzu ilə bağlı açıqlama verən hüquq eksperti İvan Morozov 9 aydan sonra sözügedən pul məbləğinin hər gün iki qat artacağına diqqət çəkib.

Rusiyada Google-a tətbiq edilən cərimələrin məbləği 20 decillyon dolları ötüb. Bildirilib ki, “YouTube”da Rusiya qurumlarına və fiziki şəxslərə məxsus kanalların silinməsinə görə qoyulan cərimələr 9 ay ərzində ödənilməsə də, sözügedən məbləğ hər gün iki dəfə artacaq.

Rusiyanın RBK qəzetinə danışan Google-a qarşı iddia ilə məşğul olan adı açıqlanmayan hüquqşünas, məhkəmə qərarı nəticəsində Google-un Rusiyanın 17 televiziya kanalına ödəməli olduğu təzminat məbləğinin 20 decillyon dolları keçdiyini təsdiqləyib.

Şirkətin Rusiyadakı törəmə şirkətinin iflas prosesi 2022-ci ildə başlayıb

ABŞ-da yerləşən şirkət Rusiyadakı törəmə şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 2022-ci ildə iflas prosesinə başlayıb. Mütəxəssislər bildirirlər ki, Google-un Rusiyada cərimələri ödənilməz həddə çatdığından, şirkətin xidmətlərinə çıxış Rusiyada bloklana bilər.

Dünya Bankının məlumatlarına görə, 2023-cü ildə dünya iqtisadiyyatının həcmi təqribən 105 trilyon dollardır, 20 decillyon dollar isə bu rəqəmin kvintillyon qatı deməkdir. Desilyon ədədi olaraq 1,000,000,000,000,000,000,000,000,000,000,000 kimi ifadə edilir.

Seçilən
35
2
kommersant.az

3Mənbələr