17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Arena.az xəbər verir ki, yığmamız bu gün birinci seçmə mərhələdə ilk oyununu keçirib.
B Liqasının 5-ci qrupunda yer alan U-17 millimiz Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunub. Nəticə yığmamız üçün acınacaqlı olub. Komandamız 0:10 hesabı ilə uduzub.
Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.
AÇ-2025-in birinci seçmə mərhələsi
B Liqası, 5-ci qrup
30 oktyabr
Serbiya – Azərbaycan 10:0
Qollar: Sara Mitiç, 7. Lorena Petroviç, 18. Maya Çevanoviç, 25. İva Miladinoviç, 38. Hana Sinanoviç, 39. Tamara Lukiç, 45+2. Lana Todoroviç, 57; 61; 90; 90+5.
Baş hakim: Şarlotta Karpenter (Uels).
Bettemburq. “Munisipial” stadionu.
Serbiya: 23. Andrea Manoyloviç, 3. Nataliya Petroviç, 5. Yovana Kuzmanoviç, 2. Ana Saraç, 20. Tamara Lukiç (14. Mariya Burqiç, 46), 13. Militsa Draqaniç (k), 8. Maya Elizabet Çevanoviç (6. Lana Zarubitsa, 46), 10. İva Miladinoviç, 7. Hana Sinanoviç (19. Lena Radovanoviç, 65), 18. Sara Mitiç (16. Vanya Bulat, 58), 9. Lorena Petroviç (11. Lana Todoroviç, 46).
Ehtiyat oyunçular: 1. Teodora Rankoviç, 4. Staşa Nikoliç, 15. Tara Yesiç, 17. Maşa Anteli.
Baş məşqçi: Aleksandar Petroviç.
Azərbaycan: 12. Firuzə Bayramova (1. Nərgiz Ağaliyeva, 20), 2. Ayan Abdiyeva, 3. Aysu Əsədova, 8. Yelizaveta Vaysman (13. Naidə Məmmədova, 65), 9. Arzu Ağaliyeva, 4. Arzu Cəfərova, 5. Aygün Novruzova, 20. Bədriyyə Mövludova, 11. Səma Əsədova (18. Mehri Məmmədzadə, 65 / 15. Məhsumə Vahabzadə, 90+1), 10. Ayşən Salamzadə (k), 7. Aylin Kərimova.
Ehtiyat oyunçular: 6. Adelina Ağayeva, 14. Günay Sultanlı, 16. Fatimə Kərimli, 17. Zeynəb Əsgərzadə.
Baş məşqçi: Nərgiz Qurbanova.