İstanbulun Esenyurt rayonunun bələdiyyə sədri Əhməd Özər həbs edilib.
APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, o, “PKK/KCK” terror təşkilatına üzv olmaqda ittiham edilir.
Əhməd Özərin saxlanılmasından sonra Beşiktaş rayonunun inzibati ərazi dairəsinin rəhbəri Oğuzhan Bingöl Esenyurt bələdiyyəsinə rəhbər təyin edilib.