"Meta"nın üçüncü rübdə qazancı 35% artıb.
Valyuta.az-ın məlumatına görə, bu artım güclü reklam gəlirinin və süni intellektə yatırımların nəticəsidir.
Sentyabrın 30-da başa çatan üç ay ərzində Menlo Park, Kaliforniya mərkəzli şirkət 15.69 milyard dollar, yəni hər səhm üçün 6.03 dollar qazandı. Bu, keçən ilin eyni dövründəki 11.58 milyard dollar və ya hər səhm üçün 4.39 dollar qazancından 35% artım deməkdir.
Çərşənbə günü "Meta Platforms Inc." reklam gəliri artırdığı üçün gözləniləndən daha güclü nəticələr açıqladı. Sentyabrın 30-da başa çatan üç ay ərzində şirkətin gəlirləri 19% artaraq 40.59 milyard dollara çatıb.
Analitiklər orta hesabla 40,21 milyard dollar gəlir və səhm başına 5,22 dollar qazanc proqnozlaşdırırdılar.
Baş direktor Mark Zukerberq, süni intellektin inkişafı ilə bağlı yaxşı nəticələr əldə etdiklərini bildirib.
Növbəti rüb üçün "Meta" 45-48 milyard dollar gəlir proqnozlaşdırır, analitiklər isə 46,18 milyard dollar gözləyirlər. Eyni zamanda, "Instagram" və "Facebook"un ana şirkəti gələn il infrastruktur xərclərində “əhəmiyyətli sürətlənmə” gözlədiklərini qeyd edib.
Əvəz Həsənov