Almaniyanın 2-ci bundesliqasında 11-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin komandası bu çərçivədə "Hoffenhaym"ın qonağıdı. Millimizin üzvü bu matçda da fərqləməyi bacarıb. Belə ki, o, 47-ci dəqiqədə Yulian Yustvanın ötürməsini maksimum dəyərləndirərək məğlub durumda olan komandasının hesabı bərabərləşdirməsinə vəsilə olan qola müəlliflik edib - 1:1.
Xatırladaq ki, Mahir Almaniyada üçüncü qolunu vurub. Həmyerlimiz daha əvvəl "Qroyter" və "Regensburq"un qapısından top keçirib.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta