AZ

Ronaldo DÇ-2026-da oynayacaq: Komanda yoldaşı açıqladı

PSJ-nin yarımmüdafiəçisi Vitinya Portuqaliya millisindəki komanda yoldaşı, “Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldonun qarşıdan gələn dünya çempionatında çıxış edəcəyinə əmin olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “Le10Sport”a danışıb:

“Kriştiano 39 yaşındadır və hələ də milli komandadakı çıxışını davam etdirir. Belə idman uzunömürlülüyünün heç bir izahı yoxdur.

Düşünürəm ki, söhbət onun karyerası boyu səhər, axşam, hər gün gördüyü hər şeydə özünü göstərən peşəkarlıqdan gedir. Bu inanılmazdır. Bunun ona nə qədər zəhmət və fədakarlıq bahasına başa gəldiyini təsəvvür edə bilirəm.

Seçilən
78
1
publika.az

2Mənbələr