ABŞ-ın Oreqon ştatı sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin yaydığı məlumata görə yeraltı təkanların episentri təxminən 16,1 min nəfərin yaşadığı Kus-Bay şəhərindən 289 km qərbdə olub. Zəlzələnin hiposentri yerin 12 km dərinliyində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.