AZ

ABŞ-ın yeni prezidenti Ukraynada atəşkəs planı təklif etməlidir

ABŞ-ın yeni seçiləcək prezidenti Rusiya-Ukrayna münaqişəsinə dair atəşkəs planı təklif etməlidir. SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Üçüncü ildir davam edən münaqişənin yeganə çıxış yolu 5 noyabr seçkilərində qalib gələn tərəfin atəşkəs təklifidir. Baxmayaraq ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski üçün bunu qəbul etmək çətin ola bilər. Mümkün qədər tez biz zamanda atəşkəsin əldə olunması zəruridir. O zaman uzunmüddətli sülhə nail olmağın yolları yaranacaq. Lakin bu ilk addımı mümkün qədər tez atmaq lazımdır”, - deyə Serbiya Prezidenti bildirib.

Seçilən
50
sia.az

1Mənbələr