AZ

Cənubi Koreya KXDR-ə sanksiyalar tətbiq edəcək

Koreya Respublikasının hakimiyyəti gözlənildiyi kimi qitələrarası ballistik raketin buraxılışına görə KXDR-ə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, Koreya Respublikasının Prezidenti Yun Seok Yool KXDR-in “təxribatlarına” “beynəlxalq ictimaiyyətlə birlikdə” qətiyyətli cavab verməyi və Pxenyanın yeni  təxribatlarını aradan qaldırmaq üçün tam hazırlığı təmin etməyi tapşırıb. 

Seçilən
33
ucnoqta.az

1Mənbələr