Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" komandasının heyətində üçüncü qolunu vurub.
Sportnet.az xəbər verir ki, 27 yaşlı forvard Almaniya Kuboku çərçivəsində "Hoffenhaym"la keçirilən görüşün 47-ci dəqiqəsində komandasının yeganə qoluna imza atıb.
Matç "Nürnberq"in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Emreli daha əvvəl II Bundesliqanın IX turunda "Qroyter"ə, X turunda isə "Regensburq"a qarşı oyunlarda fərqlənmişdi.