AZ

ABŞ-nin qərb sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. Trend:

Sakit okeanda ABŞ-nin Oreqon ştatı sahillərində, Korvallisşəhərindən 373 km qərbdə 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri sahildəntəxminən 290 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə “çoxgüclü” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti bildirib ki, zəlzələnin maqnitudası 6, ocağıisə 10 km dərinlikdə olub.

Seçilən
10
2
az.trend.az

4Mənbələr