AZ

İSPANİYADA ÜÇGÜNLÜK MATƏM ELAN EDİLDİ

Hurriyyet.az xəbər verir ki,  İspaniyada güclü leysanlardan sonra baş verən daşqınlar nəticəsində azı 95 nəfər həlak olub. Bu, 1973-cü ildən bəri ölkə ərazisində baş vermiş ən böyük təbii fəlakətdir. Ən çox zərər çəkən Valensiya muxtariyyəti və onun eyniadlı paytaxt şəhəri olub. Valensiyada 92 nəfərin selin qurbanı olduğu bildirilir.

İspaniya hökuməti ölkədə üçgünlük matəm elan edib və zərərçəkən rayonlara bütün zəruri yardımların göstəriləcəyini bildirib.

Yağışlar nəticəsində elektrik verilişi kəsilib, yollar bağlanıb, qatarların hərəkəti iflic olub.

Hakimiyyət nümayəndələri qurbanların sayının arta biləcəyi barəsində xəbərdarlıq ediblər.

İspaniya mətbuatının yazdığına görə, axtarış-xilasetmə əməliyyatına hərbçilər və aviasiya işçiləri cəlb ediliblər. Həlak olanların cəsədlərini həm də dronlarla axtarırlar.

Hürr Tərcüman

Seçilən
22
hurriyyet.az

1Mənbələr