AZ

ABŞ-nin qərb sahillərində zəlzələ qeydə alınıb

Bakı, TurkicWorld

Sakit okeanda ABŞ-nin Oreqon ştatı sahillərində, Korvallis şəhərindən 373 km qərbdə 5,5 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri sahildən təxminən 290 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə "çox güclü" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti bildirib ki, zəlzələnin maqnitudası 6, ocağı isə 10 km dərinlikdə olub.

Seçilən
4
2
turkic.world

3Mənbələr